Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən uğrunda can verənlər ölməzdir!

10 oktyabr 2024 | 17:02
Vətən yolunda canlarını qurban verməkdən çəkinməyən şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Onları yad etmək, gənc nəsilə nümunə göstərmək, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. Şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə olan qayğı həmişə yüksək səviyyədədir. 9 oktyabr 2024-cü ildə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 44 günlük Vətən müharibəsi şəhidləri Xəncəlov Ümüd Radif oğlu və Kəlbiyev Murad Məməziyad oğlunun anım mərasimlərində iştirak edib. Mərasimdə həmçinin RİH aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Azər Badamov, şəhidlərimizin ailə üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə Qusar rayonu Hil kəndindən olan şəhid Xəncəlov Ümüd Radif oğlunun, daha sonra Qusar rayonu Cibir kəndindən olan şəhid Kəlbiyev Murad Məməziyad oğlunun məzarları ziyarət olunub, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra mərasim iştirakçıları şəhidin evində ehsan süfrəsinə qonaq olublar.
RİH başçısı şəhidlərimizin ailələrinə basağlığı verib, müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğunu, şəhid ailələrinin qayğı və problemlərinin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulayıb.
Anım mərasimində şəhid ataları Xəncəlov Radif və Kəlbiyev Məməziyad şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olan kəşfiyyatçı Ümüd Xəncəlov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhid olduğu günə qədər 50-dən çox hərbçinin həyatını xilas edib, oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində savaşıb, oktyabrın 5-də şəhadətə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər