Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən uğrunda ölənlər ölümündən doğular!

25 oktyabr 2024 | 09:07
Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində şanlı zəfər tarixini yazan rəşadətli Ordumuzun sıralarında Qusarlı gənclər də böyük cəsarət və hünərlə vuruşmuş, bəziləri şəhidlik zirvəsinə ucalmışdır.
24 oktyabr 2024-cü ildə belə igid oğullarımızdan biri olmuş Ağayev Ağa Əli oğlunun anım mərasimi keçirilib. Rayonun Yeni Həyat kəndində keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. RİH başçısı Sahir Məmmədxanov illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, nə qədər Azərbaycan xalqı varsa, qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını dilə gətirib. Mərasim iştirakçıları tərəfindən şəhidimizin məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib. Daha sonra Yeni Həyat kəndində şəhidin evində verilən ehsan süfrəsində iştirak edilmiş, ailəsinə dərin hüznlə başsağlığı verilmişdir.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Ağayev Ağa Əli oğlu 44 günlük Vətən müharibəsində vuruşub, oktyabrın 25-də şəhid olub. Ölümündən sonra “Laçının azad olunmasına görə medalı”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə medalı” ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər