Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətəndaş məmnunluğu görülən işlərin ali məqsədidir

25 dekabr 2024 | 12:30
Qusar Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə mütəmadi olaraq keçirdiyi görüşlər, qəbullar vətəndaşların problemləri ilə yaxından tanış olaraq həllinə nail olmağa, əhalinin rifah halının yüksəlməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına imkan verir.
RİH başçısının növbəti səyyar görüşü rayonun Köhnəxudat Qazmalar kəndində keçirilmişdir.
Görüşdə həmçinin Milli Məclisin deputatı Azər Badamov, RİHB Aparatının məsul işçilərinin, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin, müvafiq İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin və bələdiyyənin, kənd sakinlərinin iştirakı təmin olunub.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən istismara yararsız işıq dirəklərinin dəyişdirilməsi, əlavə transformatorun qoyulması, kəndə gələn əsas yolun təmiri, su arxlarının lildən təmizlənməsi və digər məsələlərlə bağlı olub.
İcra başçısı kənddə elektrik şəbəkəsinin tamamilə yenidən qurulması layihəsinin hazırda icra olunduğunu bildirmiş, qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıq və göstərişlərini vermişdir.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlar üçün yaradılan şəraitə görə ölkə başçısı və rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər