Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətəndaş qəbulunda yeni metod vətəndaşların məmnunluğuna xidmət edir.

11 oktyabr 2024 | 17:49
Müasir texnologiyaların sürətli inkişafı, dövlət idarəetmə proseslərində yeni yanaşmaların tətbiqini tələb edir. Xüsusilə vətəndaşların məmurlarla birbaşa əlaqəyə girməsi üçün ənənəvi metodlardan fərqli yeni yollar axtarılır. Bu baxımdan, onlayn formatda vətəndaş qəbulu son illərdə əhəmiyyətli dərəcədə populyarlıq qazanmışdır. Bu format dövlət qurumlarına olan müraciətlərin sürətlənməsi və səmərəliliyinin artması baxımından bir sıra üstünlüklərə malikdir.Ənənəvi vətəndaş qəbulu prosesində vətəndaşlar adətən dövlət qurumlarına şəxsən müraciət edir, bu da müəyyən zaman və resurs itkisinə səbəb olur. Ancaq onlayn qəbul vasitəsilə bu problemlər aradan qaldırılır. İnternet və rəqəmsal platformaların yayılması ilə vətəndaşlar rayon mərkzinə gəlmədən, daha sürətli və səmərəli şəkildə dövlət qurumlarına müraciət edə bilirlər. Bu, xüsusilə uzaq bölgələrdə yaşayan vətəndaşlar üçün əhəmiyyətli üstünlüklər yaradır. Onlayn qəbul formatı, həmçinin məmurlar üçün də iş prosesinin sadələşdirilməsinə və optimallaşdırılmasına kömək edir. Müraciətlərin elektron şəkildə qeydiyyata alınması və işlənməsi həm vaxta qənaət edir, həm də müxtəlif sənədlərin toplanması və izlənməsində dəqiqliyi artırır.
Bütün bunları nəzərə alaraq Qusar Rayon İcra Hakimiyyəti onlayn formatda qəbulun təşkilinə başlamış, bu məqsədlə son günlər bir sıra texniki məsələlərin həllinə diqqət artırılmış, müvafiq avadanlıqların və internetin bütün yaşayış məntəqələrində fasiləsiz işləməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Vətəndaşlar Rayon İcra Hakimiyyətinin rəsmi elektron səhifəsi üzərindən elektron qaydada özləri və müraciətlərinin məzmunu haqqında zəruri məlumatları daxil edərək məktub ünvanlayır və qəbula yazılırlar. Qəbula yazılmış vətəndaşlar yaşadıqları inzibati ərazi dairəsi üzrə nümayəndəliyə gələrək oradan birbaşa rayon rəhbərliyi ilə onlayn görüşür, öz şikayət və təkliflərini bilavasitə rəhbərliyə çatdırmaq imkanı əldə edirlər. Hər həftənin cümə günü keçirilən onlayn vətəndaş qəbullarında rayonun bütün idarə və müəssisələrin rəhbərlərinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı təmin edilir.
Keçidlər