Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətəndaşların növbəti səyyar qəbulu Qusar rayonun Yuxarı Zeyxur kəndində keçirilmişdir

07 dekabr 2023 | 17:38

Qusar rayonun Yuxarı Zeyxur kəndində keçirilən səyyar qəbulda sakinlər kənddə görülmüş işləri qeyd etməklə yanaşı, onları narahat edən məsələlərdən də söz açmışdır. Kənd sakinləri əkin sahələrində gemirici və zərərvericilərə qarşı dərman preparatlarının tapılmamasına görə onların kənddə satışının təşkili, lizing yolu ilə iri buynuzlu mal-qaranın alınması, kənddaxili küçələrin hamarlanması, təbii qaz olmayan fərdi yaşayış evlərin qazlaşdırılması, Samur-Həzrə yolunun Yuxarı Zeyxur ərazisindən keçən hissəsinin təmiri, elektrik enerjisi verilişində tez-tez baş verən fasilələrin aradan qaldırılması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər