Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətənpərvər gəncliyin formalaşdırılması güclü dövlət quruculuğunun mühüm şərtidir

24 oktyabr 2026 | 11:15
Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi və dövlətçilik ənənələrinə sədaqət ruhunun aşılanması məqsədilə “Vətənpərvər gənc – güclü Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə Vətənə məhəbbətin, milli kimliyə bağlılığın və yüksək vətəndaşlıq məsuliyyətinin gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Çıxışlar zamanı Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olmasından bəhs edilib. Bununla yanaşı, müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunub saxlanılmasında, ölkənin gələcək inkişafında və dövlətçilik ənənələrinin davam etdirilməsində gənclərin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, vətənpərvərlik Vətənə sevgi hissi ilə yanaşı, milli dəyərlərin qorunmasını və cəmiyyətin inkişafına töhfə vermək istəyini də özündə birləşdirir.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Keçidlər