Xocalı Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
26 fevral 2024-cü ildə Qusar rayonunun bütün təhsil müəssisələrində Xocalı Soyqırımına həsr olunmuş tədbirlər keçirilmiş, ilk dərslərdə şagirdlərə Xocalı faciəsi haqqında məlumat verilmiş, ədəbi-bədii kompozisiyalar nümayiş olunmuşdur. Qusar Dövlət Rəsm Qalereyasında Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar məktəblilərinin və gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuş, tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, fəal gənclər və məktəblilər iştirak etmişlər. Sərginin açılış mərasimində Xocalı faciəsi haqqında məlumat verilmiş, daha sonra sərgiyə baxış keçirilmişdir.
Qusar rayonunda Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayraqları endirilmiş və Bakı vaxtı ilə saat 17:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.