YAP Qusar rayon təşkilatının XI konfransı keçirilib
11 sentyabr 2026 | 12:09
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının XI konfransı keçirilib.
Konfransdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Qusar Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov hesabat məruzəsi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. O bildirib ki, hesabat dövründə YAP Qusar rayon təşkilatı tərəfindən partiyanın qarşıya qoyduğu vəzifələrin icrası, ərazi partiya təşkilatları ilə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Eyni zamanda, təşkilatın qarşısında duran əsas vəzifələr barədə də məlumat verilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında qeyd edib ki, Azərbaycan xalqı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Bu siyasi kurs ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə reallaşdırılmasını təmin edib. İcra başçısı qeyd edib ki, Azərbaycan xalqı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasi kursu daim dəstəkləyir. Bu siyasi kurs nəticəsində ölkəmizin hərtərəfli və davamlı inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmləndirilib, Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib və qarşıya qoyulan strateji hədəflərin uğurla reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. İcra başçısı vurğulayıb ki, mürəkkəb ictimai-siyasi şəraitdə, ölkənin qarşısında ciddi çağırışların dayandığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası ötən illər ərzində tarixi inkişaf yolu keçərək Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib. Bu gün YAP ölkənin siyasi sistemində mühüm rola malik olmaqla, dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması və ölkəmizin inkişaf strategiyasının uğurla həyata keçirilməsinə öz töhfəsini verir.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu var. Qeyd olunub ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına cəmiyyətdə göstərilən yüksək etimad onun ölkənin ictimai-siyasi həyatındakı mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə olduğunu sübuta yetirib.
Tədbirdə ərazi partiya təşkilatlarının sədr müavinləri Kəmalə Qlıçova və Pərvin Eldarov çıxış edərək YAP Qusar rayon təşkilatının fəaliyyətindən, ərazi partiya təşkilatlarında görülən işlərdən və üzvlərin ictimai-siyasi fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda partiya üzvlərinin dövlətçilik ideyalarına sədaqəti və ictimai proseslərdə fəal iştirakı xüsusi vurğulanıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov çıxışında YAP Qusar rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. O, rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təbliği istiqamətində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Konfransda YAP Qusar rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.






