Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yasab kəndində idman zalı yeni idman avadanlıqları ilə təchiz edilib

06 yanvar 2026 | 18:36
Azərbaycanda idmanın inkişafı və sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq regionlarda mövcud idman obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən Yasab kəndində yerləşən idman zalı yeni idman avadanlıqları - ağırlıqqaldırma üçün nəzərdə tutulmuş avadanlıqlarla təchiz olunub.
Yasab kəndinin sakinləri, rayonun idman ictimaiyyəti və rayon rəhbərliyi adından Azərbaycan Ağırlıqqaldırma Federasiyasına bölgədə idmanın inkişafına göstərilən diqqət və dəstəyə görə minnətdarlığımızı bildiririk.
Keçidlər