Yasab kəndində Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir
Yasab kəndində Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Yasab kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdirlər. Qəbulda kənd sakinləri tərəfindən Yasab kəndin qazlaşdırılması, elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, kənd tam orta məktəb binasının əsaslı təmir olunması, kənddaxili yolların cari təmiri və digər sahələrdə mövcud çatışmazlıqlar barədə məsələlər qaldırılmışdır. Şair Alxasov vətəndaşları narahat edən məsələləri ilə yaxından tanış olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.