Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yasab və Aşağı Ləgər kəndlərində RİH başçısının səyyar qəbulları keçirilib

22 yanvar 2026 | 18:33
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulları 22 yanvar 2026-cı il tarixində rayonun Yasab və Aşağı Ləgər kəndlərində baş tutub. Səyyar qəbullardan qabaq rayonun Hil kəndində şəhid Cavadov Rəşad Fərzəli oğlunun şəhadətə ucalmasının ildönümündə xatirə lövhəsi ziyarət edilib.
Səyyar qəbullarda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kəndlərin sakinləri iştirak ediblər.
Rayonun Yasab kəndində keçirilən səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı sakinləri salamlayaraq, cari ildə kəndin qazlaşdırılması və yeni məktəb binasının tikintisinin həyata keçiriləcəyini qeyd edib. Sakinlər kənddə içməli suyun azlığı, internet xidmətinin zəif olması, məktəbəqədər hazırlıq kursunun təşkili və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Eyni zamanda, Yasab kəndində yerləşən idman zalının yeni avadanlıqlarla təmin olunmasının idman sahəsinə diqqət və qayğının göstəricisi olduğunu qeyd edən sakinlər rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Aşağı Ləgər kənd sakinləri səyyar qəbul zamanı kəndin bəzi məhəllələrinin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin və transformatorun yenilənməsi, Qusar-Aşağı Ləgər yolunun kiçik bir hissəsinin asfaltlanması, kənd mədəniyyət evinin təmiri və kənddə məscidin tikilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər sırasında elektrik enerjisinin zəif olması, örüş sahələrinin məhdudluğu və yay aylarında suvarma suyunun azlığı kimi problemlər də yer alıb.
Səyyar qəbullar zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Keçidlər