Yasaboba kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir
07 may 2026 | 18:32
Rayonda əhalinin təklif, müraciət və problemlərinin yerində öyrənilməsi, araşdırılması və operativ həlli məqsədilə mütəmadi olaraq yerlərdə səyyar vətəndaş qəbulları keçirilir.
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Yasaboba kəndində təşkil olunmuşdur. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kəndin qazlaşdırılması, fərdi torpaq sahəsinin ayrılması, kənd məscidinin təmiri, məhəllədaxili yolların təmiri kimi məsələlər qaldırılmışdır. Səsləndirilən müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlərin mərhələli şəkildə həlli istiqamətində tədbirlərin görüləcəyi bildirilmişdir.






