Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yay aylarında keçirilən konsert proqramları sakinlərin mədəni istirahətinə xidmət edir

03 avqust 2026 | 18:15
 
Avqustun 2-də Qusar şəhərində “Nəğməli görüşlər” adlı növbəti konsert proqramı təşkil olunub. Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin Köhnə Xudat Qazmalar və Bədirqala kənd sənətkarlıq evi, Çiləgir, Balaqusar və Ləcət kənd folklor klublarının birgə təşkilatçılığı ilə baş tutub. Konsertdə müxtəlif musiqi nömrələri və xalq mahnıları səsləndirilib. “Pərizada”, “Ləzginka” və “Tərəkəmə” rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yay aylarında mütəmadi keçirilən bu cür konsert proqramları sakinlərin mədəni istirahətinə və milli dəyərlərin təbliğinə xidmət edir.
Keçidlər