Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yeni Həyat kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

20 aprel 2023 | 15:06

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Yeni Həyat kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.  Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri içməli su üçün bir ədəd artezian quyusunun qazılmasını, təbii qazın təzyiqinin artırılmasını, kənd yolunun təmir olunmasını və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir.  Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər