Yerlərdə sakinlərlə görüşlər mütəmadi xarakter daşıyır
05 aprel 2025 | 21:53
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazisində və kəndlərdə sakinlərlə görüşləri, səyyar qəbulları keçirilir.
Vətəndaşlarla növbəti səyyar görüş rayonun Laza, Cağar və Çətkün kəndlərində baş tutmuşdur. RİH başçısı kənd sakinlərini salamlayıb, səyyar görüşün əsas məqsədinin vətəndaşların qayğıları ilə maraqlanmaq, qaldırılan problemlərin həlli istiqamətində əməli işlər görmək olduğunu vurğulayıb. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələlərdən söz açıblar.
İcra başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Sakinlərlə görüşdən sonra Laza kəndində təmiri nəzərdə tutulan, qəzalı vəziyyətdə olan körpüyə baxış keçirilmişdir.