Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yerlərdə səyyar qəbullar davam etdirilir

23 yanvar 2025 | 18:05
Yanvarın 23-də Qusar rayon İcra Hakimiyyəti başçısının Kuzunqışlaq kənd İnzibati Ərazi Dairəsinə daxil olan Caqarqışlaq kəndində vətəndaşlarla səyyar görüşü keçirilib.
Əvvəlcə İcra başçısının, RİH başçısı aparatının məsul işçilərinin, idarə, təşkilat, müəssisə rəhbərlərinin iştirakı ilə Caqarqışlaq kəndində şəhid Xeyirbəyov Əmiraslan Xəlil oğlunun məzarı ziyarət olunub. Məzarı önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.
Xeyirbəyov Əmiraslan Xəlil oğlu 2016-cı il aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub, aprelin 9-da doğulduğu Caqarqışlaq kəndində dəfn olunub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə medalı” ilə təltif edilib.
Daha sonra Caqarqışlaq kənd tam orta məktəbində vətəndaşlarla görüş keçirilib. İcra başçısı məktəbdə dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.
Səyyar qəbulda vətəndaşlar kəndin mavi yanacaqla təmin olunması, yay aylarında suvarma suyunun az olmasını nəzərə alaraq Samur-Abşeron su kanalının kənarında yerləşən su nasosunun istifadəyə verilməsinə köməklik göstərilməsi, kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, Qusar-Xudat və Caqarqışlaq ərazisindən keçən yola yol nişanlarının qoyulması, kənddaxili yolların təmir edilməsi və digər məsələlər ilə bağlı müraciətlərini ediblər.
İcra başçısı vətəndaşların müraciətlərini hər birini ayrı-ayrılıqda dinləyərək qaldırılan problemlərin həlli istiqamətində idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Qeyd olunub ki, yaxın müddətdə kənd ərazisində yerləşən qəzalı vəziyyətdə olan elektrik dirəkləri dəyişdiriləcək, yol nişanlarının quraşdırılmasının zəruri olduğu yerlər müəyyən olunaraq aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacaq, qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması qrafik üzrə növbəlilik əsasında həyata keçiriləcək. Digər məsələlərlə bağlı da vətəndaşlara izahatlar verilib.
Görüş iştirakçıları müraciətlərinə həssaslıqla yanaşıldığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər