Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə fəallıq müşahidə olunur

29 yanvar 2025 | 11:09
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bütün Respublika ərazisində olduğu kimi Qusar rayonunda da saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açılmış və seçki prosesinə mütəşəkkilliklə start verilmişdir.
Seçkilərdə Qusar rayonunda 118 yer uğrunda 61 saylı Qusar və 60 saylı Quba-Qusar DSK-lar üzrə müxtəlif siyasi partiyaların və öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş 270 namizəd mübarizə aparır.
Seçkilərdə seçici fəallığı müşahidə olunur. Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da 61 saylı Qusar seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Səsvermə prosesi 29 yanvar saat 19:00-dək davam edəcək.
Keçidlər