Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində rast gəlinən çətinliklər və həlli yolları müzakirə edilib

12 mart 2026 | 10:37
Rayonda yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyətinin təşkili, onların dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi, həmçinin bələdiyyələrin fəaliyyətini çətinləşdirən problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi rayon rəhbəri tərəfindən diqqətdə saxlanılır.
Martın 11-də Qusar Rayon İcra Hakimiyyətində dövlət qurumları ilə bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha səmərəli təşkili və mövcud problemlərin müzakirəsi məqsədilə geniş tərkibli görüş keçirilmişdir.
Onlayn formatda keçirilən görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Aparatın digər məsul əməkdaşları, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Əbiyev və Ərazi və tabeli qurumlarla iş şöbəsinin müdiri Pərviz İsgəndərli, Dövlət Xidmətinin digər məsul əməkdaşları, Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Regional İdarəsinin rəisi Toğrul Adıgözəlov, Daşınmaz Əmlakın 5 saylı Reyestr Xidmətinin rəisi Qərib Həsənov, qiymətləndirmə sahəsində fəaliyyət göstərən “Arfin” MMC-nin baş qiymətləndiricisi Ramin Surxayev, yerli bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak etmişdir.
Görüşdə yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, onların dövlət qurumları ilə qarşılıqlı əlaqəsinin gücləndirilməsi və bələdiyyələrin fəaliyyətində rast gəlinən çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılmış, torpaq münasibətlərinin tənzimlənməsi məsələləri diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, bələdiyyə torpaq fondundan təyinatı üzrə səmərəli istifadə olunması, torpaq ehtiyatlarının düzgün idarə olunması və bu sahədə müasir idarəetmə metodlarının tətbiqi yerli idarəetmənin effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu baxımdan torpaq sahələrinin ayrılması, onların hüquqi rəsmiləşdirilməsi, uçotunun aparılması və istifadəyə verilməsi prosesində mövcud çətinliklər ətraflı şəkildə müzakirə olunmuş, mövcud problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüş, bu sahədə dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və birgə fəaliyyətin vacibliyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, dövlət qurumları ilə bələdiyyələr arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması yerli idarəetmənin inkişafına, mövcud problemlərin daha operativ və effektiv şəkildə həllinə, eləcə də vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verir. Bu baxımdan, belə görüşlərin mütəmadi olaraq keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması gələcək fəaliyyət üçün mühüm əhəmiyyət daşıyır.
Keçidlər