Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yol infrastrukturunun inkişafı hər bir bölgənin iqtisadi, sosial və mədəni inkişafında mühüm rol oynayır.

22 avqust 2024 | 11:34
Qusar rayonunda aparılan quruculuq işlərinin ən vacib komponentlərindən biri məhz yolların əsaslı təmiridir. Bu layihələr insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı rayonun iqtisadi artımı və sosial rifahı baxımından da strateji əhəmiyyət daşıyır. Yol infrastrukturun yaxşılaşdırılması turizmi təşviq edən vacib bir amildir.
Rayonumuzda aparılan yolların təmiri işlərində ekoloji standartlara riayət olunması, ön planda saxlanılır. Bu cür layihələr həm də ətraf mühitin qorunmasına yönəlmiş tədbirlərlə müşayiət olunur. Son illərdə rayonumuzda yol tikinti-təmir işləri sürətlə həyata keçirilməkdədir. Dövlətin bu sahəyə ayırdığı vəsaitlər hesabına yolların yenidən qurulması, asfaltlanması və yol nişanlarının quraşdırılması ilə bağlı bir sıra layihələr icra edilir. Belə ki, Quba rayonunun yaşayış məntəqəsi olan Qırmızı Qəsəbəni Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən 30 km-lik avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 16 km-lik hissəsinin əsaslı təmiri başa çatdırılmış, eni 8 metr, bəzi yerlərdə 12 metr olan yola ümumi qalınlığı 12 sm olan iki qat asfalt örtüyü çəkilmişdir. Layihə üzrə ümumi uzunluğu 23 km olan Langi-Cağarqışlaq-Urvaoba-Atlıxan-Kuzunqışlaq-Zindanmuruqqışlaq-Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlər də başa çatmaq üzrədir. 6 metr enində asfalt örtüyü vurulan yolun yatağı 9-10 metr enində hazırlanmışdır. Yola iki qat olmaqla 12 sm qalınlığında asfalt örtük çəkilir. Yolda son tamamlama işləri görülür.
Göründüyü kimi yol təmiri işləri rayonumuzun müxtəlif bölgələrini əhatə edir. Xüsusilə, kənd yollarının təmiri, kənd yerlərinin inkişafını dəstəkləyir və şəhər-kənd əlaqələrini gücləndirir. Şəhərdaxili yolların təmiri isə şəhərin ümumi estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, şəhər sakinlərinin rahatlığını artırır.
Qusar şəhərində cari ildə aparılması nəzərdə tutulan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin Ləzgi Nemət küçəsinə 1 km-ə yaxın asfalt örtük vurulmuş daha bir neçə küçədə əsaslı təmir və abadlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur.
Bu işlərin davamlılığı gələcəkdə rayonumuzun iqtisadiyyatının daha da inkişaf etməsinə, turizmin canlanmasına və sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də uzunmüddətli perspektivdə rayonumuzun inkişafına müsbət təsir göstərəcəkdir.
Keçidlər