Yunan-Roma güləşi üzrə rayon açıq birinciliyi keçirilib
14 iyul 2025 | 09:05
İyulun 12-də Qusar Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi üzrə Qusar rayon açıq birinciliyi keçirilib. Yarışda yerli idmançılarla yanaşı, Bakı, Sumqayıt və Quba şəhərlərini təmsil edən komandalar da iştirak ediblər. Ümumilikdə Qusar rayonunu 4 komanda təmsil edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
Yarışda 38 kq çəki dərəcəsində çıxış edən Rzayev Səid, 53 kq-da mübarizə aparan Nəzərli Qabil və Əliyev Aydın III yerə, 42 kq-da yarışan Orucov Xalid və 59 kq çəki dərəcəsində gücünü sınayan Ağamuradov Muxammad isə II yerə layiq görülüblər.
Yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar.






