Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yuxarı Ləgər kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir

10 fevral 2023 | 17:29

Yuxarı Ləgər kəndində keçirilən səyyar qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri klub və tibb məntəqəsi üçün binaların tikilməsini, Yuxarı Ləgər kəndinin yuxarı məhəlləsinə qaz xətlərinin çəkilməsini, kəndin internet xidmətinə qoşulmasını, transformator məntəqələrinin standartlara uyğun hasara alınmasını, kənddaxili yollarda cari təmir işlərinin aparılmasını və bir sıra digər məsələlərlə bağlı müraciətlər səsləndirmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qisminə aidiyyatı üzrə idarə və təşkilat rəhbərləri tərəfindən müvafiq izahat verilmiş, digər problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər