Yuxarı Ləyər kəndində növbəti səyyar qəbul keçirilmişdir
Qusar rayonunun Yuxarı Ləyər kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinləri onları narahat edən problemlərdən danışmış və onların həlli yolları müzakirə edilmişdir. Sakinlər kənddə tibb məntəqəsi və klub üçün binaların tikintisi, kəndə həkimin təyin edilməsi, fərdi evlərin inşası üçün torpaq sahələrinin ayrılması, internet sürətinin yüksəldilməsi, yay aylarında mənbələrdə suyun azalması ilə əlaqədar içməli və suvarma su tələbatında yaranan qıtlığının aradan qaldırılması, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.