Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

07 noyabr 2025 | 18:36
8 noyabr tarixi xalqımızın yaddaşına ədalətin bərqərar olduğu, haqq savaşımızdan qalib çıxaraq parlaq Zəfər qazandığımız, qürur və iftixar dolu bir gün kimi həkk olunmuşdur. Məhz bu səbəbdən, hər il olduğu kimi bu il də 8 Noyabr – Zəfər Günü Qusar rayonunda böyük təntənə ilə qeyd edilmişdir.
İlk olaraq RİH başçısı vəzifəsini müvəqqəti icra edən, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları tərəfindən rayon Şəhidlər Xiyabanı ziyarət edilmişdir. Ziyarət zamanı Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın ruhuna dualar oxunmuş, onların göstərdiyi şücaət və qəhrəmanlıq bir daha minnətdarlıqla xatırlanmışdır.
Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Dövlət Ləzgi Dram Teatrının və Qusar Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin də iştirakı ilə 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan!” adlı bədii-musiqili tədbir baş tutmuşdur.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti, ölkəmizin dövlətçilik tarixində bu qələbənin rolu, eyni zamanda Dövlət Bayrağımızın təsis edilməsi, Azərbaycan Respublikasının əsas qanunu olan, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya, onun əsas müddəaları haqqında ətraflı məlumat verilmiş, həmçinin Konstitusiyamızın bir sıra maddələri səsləndirilmişdir.
Bədii-musiqili tədbirdə mədəniyyət nümayəndələrinin ifasında səslənən vətənpərvərlik ruhunda musiqilər, bədii qiraət nümunələri və Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilən səhnəciklər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Sonda xatirə şəkli çəkilmişdir.
Keçidlər