Zəfər Günü Qusarda təntənə ilə qeyd edilmişdir.
Qusarda Zəfər günü ilə bağlı tədbir keçirilçmişdir. İlk əvvəl Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov hüquq mühafizə orqanlarının və bir sıra idarə, müəssisə rəhbərləri ilə birgə ümummil lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini və rayon Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrinə ehtiramlarını bildiriblər. Daha sonra general Mahmud Əbilov adına meydanında konsert proqramı ilə davam etdirilmiş, tədbirin sonunda Qusar şəhərində yerləşən N saylı Hərbi Hissənin əsgər və zabitlərinin iştirakı ilə hərbi parad keçirilmçişdir. Paraddan sonra hərbi hissənin şəxsi heyyəti və hərbi texnika hərbi orkestrin müşayəti ilə mərkəzi meydandan hərbi hissəyə kimi yürüş etmişlər.