Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Zəfər tariximiz uşaqların düşüncəsində” mövzusunda tədbir keçirilib

07 noyabr 2026 | 17:39
 
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Qusar şəhər Elxan Güləliyev adına 2 saylı tam orta ümumtəhsil məktəbində “Zəfər tariximiz uşaqların düşüncəsində” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində şagirdlərə Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhid və qazilərimizin göstərdiyi şücaət, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Ardınca işğaldan azad olunmuş ərazilərimizə virtual səyahət təşkil edilib. Virtual səyahət zamanı şagirdlər tarixi-mədəni abidələr, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olublar. Daha sonra şagirdlərin tarixi biliklərinin möhkəmləndirilməsi məqsədilə intellektual yarışma keçirilib. Yarışmada Vətən müharibəsi, azad olunmuş ərazilər, dövlət rəmzləri və Şuşa şəhərinin tarixi ilə bağlı suallar səsləndirilib.
Keçidlər