Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Zəfər yolu - tarixi Qələbəmizin şərəfli salnaməsi

30 oktyabr 2026 | 17:44
 
Oktyabrın 29-da Qusar rayonunun Əniq kənd tam orta ümumtəhsil məktəbində “Zəfər yolu – İlham Əliyev və Azərbaycan” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru və müəllimlər Azərbaycanın şanlı Zəfər tarixindən, xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsindən bəhs ediblər. Qeyd olunub ki, bu tarixi Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, illər boyu apardığı məqsədyönlü ordu quruculuğu və dövlətimizin iqtisadi qüdrətinin gücləndirilməsi sayəsində mümkün olub. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı bahasına qazanılan bu Zəfər eyni zamanda xalqımızın milli birliyinin, həmrəyliyinin və Ali Baş Komandanın ətrafında sıx birləşməsinin təntənəsidir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də dövlət suverenliyimizin tam bərpası və gələcək nəsillərə qoyulan ən böyük mirasdır.
Daha sonra şagirdlərin ifasında Vətənə, tarixi qələbəyə, Zəfərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən videoçarx nümayiş etdirilib.
Keçidlər