Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib

28 oktyabr 2026 | 16:40
 
Oktyabrın 28-də Qusar rayonunun Cibir kənd tam orta ümumtəhsil məktəbində “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Komitənin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Cibir kənd tam orta ümumtəhsil məktəbinin direktoru Xələf Əlimətov, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər 2020-ci ilin 27 sentyabr tarixinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu, 30 ilə yaxın həsrətində olduğumuz torpaqların 44 gündə azad edilməsinin yalnız hərbi üstünlüklə deyil, xalqın sarsılmaz birliyi ilə mümkün olduğunu vurğulayıblar. Qeyd olunub ki, güclü ordumuz, müasir silahlarımız var idi, lakin bizi əsl qalibə çevirən ən böyük güc, ən möhkəm sipər milli həmrəyliyimiz oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bir yumruq kimi birləşdik” və məhz o yumruq düşməni darmadağın etdi.
Natiqlər 44 günlük müharibədə xalq-dövlət-ordu birliyinin həlledici rolundan, müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi üçün gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətə sədaqət prinsipləri əsasında tərbiyəsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, Zəfərin formulu dəyişməzdir: Dövlətə, Orduya, Liderə inam və sarsılmaz milli birlik.
Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.
Keçidlər