“ Zəfərin Zirvəsi-Şuşa” mövzusunda konfrans keçirilmişdir
Bu gün Qusar rayonunda rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərin Zirvəsi-Şuşa” mövzusunda konfrans keçirilmişdir. Konfransda Qusar rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayonun digər idarə və müəssisə kollektivləri, şəhid ailələri Vətən müharibəsi iştirakçıları iştirak etmişdir. Konfransdan öncə Qusar Mədəniyyət Mərkəzi filiallarının dərnək üzvlərinin Şuşaya həsr etdikləri sərgiyə baxış keçirilmiş, musiqi nömrələri səsləndirilmişdir.Konfrans ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işinə başladı.Konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin drektoru Neva Abdurahmanova ilk öncə konfrans iştiraklarını salamlayaraq, şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə can sağlığı arzu etdi.Daha sonra Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Tural Hüseynov çıxış edərək Şuşa uğrunda gedən döyüşlərdə vətənpərvərliyimizin və milli birliyimizin vacib əhəmiyyətindən danışmış, bir xalq olaraq daima vətənimizin müdafiəsinə hazır olduğunu söyləmişdir.İkinci Qarabağ müharibəsi qazisi, Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı İlkin Abuyev bu döyüşlərin strateji əhəmiyyətindən və ordumuzun rəşadətindən misallar gətirmişdir. Daha sonra çıxış edən şəhid Ağa Ağayevin bacısı Nargilə Ağayeva, Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini qeyd etdi. Şəhid Çoban Nurmətovun oğlu İmamın vətənpərvərlik ruhundakı çıxışı konfrans iştirakçılarına duyğulu anlar yaşatdı. Konfransın yekununda “Şuşa – Azərbaycanın mədəniyyət və tarix incisi” mövzusunda videoçarx nümayiş olundu.