Zindanmuruq kəndində keçirilən səyyar qəbulda vətəndaşlar daha çox məişət problemlərini qaldırmışdır.
Zindanmuruq kəndində keçirilən səyyar qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kəndin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunmasını, Aladaş massivində fəaliyyət göstərən fermadan Qusarçay çayına çirkab suların axıdılmasının qarşısının alınmasını və bir sıra digər məsələlərlə bağlı müraciətlərini səsləndirmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qisminə aidiyyatı üzrə idarə və təşkilat rəhbərləri tərəfindən müvafiq izahat verilmiş, digər problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyi bildirilmişdir.