Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Zindanmuruqqışlaq kəndində keçirilən səyyar qəbulda daha çox sosial və məişət problemlər səsləndirilmişdir.

08 iyun 2023 | 17:40

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən rayonun Zindanmuruqqışlaq kəndində keçirilən vətəndaşların səyyar qəbulunda kənd sakinləri fasiləsiz elektrik enerji ilə təmin olunması, Langi-Kuzunqışlaq-Avaranqışlaq avtomobil yolunun yenidən qurulması, kənddə tibb məntəqənin inşası və bir sıra digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər