Qusar rayonunda yolların əsaslı təmiri işləri davam etdirilir
07 oktyabr 2026 | 17:17
Rayon ərazisində əhalinin rahat yaşayışı və müasir infrastrukturun formalaşdırılması məqsədilə abadlıq-quruculuq işləri ardıcıl olaraq həyata keçirilir. Yolların əsaslı təmiri istiqamətində aparılan işlər çərçivəsində Qusar şəhərinin Vüsal Orucov küçəsində 1200 kvadratmetr, Mirzə Vəliyev küçəsində 3200 kvadratmetr sahəyə asfalt örtüyü döşənmişdir.
Kəndlərdə də yol infrastrukturunun yenilənməsi istiqamətində işlər həyata keçirilmişdir. Belə ki, Piral kəndində 3,1 kilometr uzunluğunda kənddaxili yol bələdiyyənin və kənd sakinlərinin birgə maliyyə vəsaiti hesabına asfaltlanmışdır.
Rayon ərazisində yolların əsaslı təmiri işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






