Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional festival keçirilib.

06 dekabr 2019 | 16:00

5 dekabr 2019-cu il tarixdə Qusar Mədəniyyət  Mərkəzində “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional festival keçirilib. 

Festivalın keçirilməsinin əsas məqsədi ölkəmizin zəngin mədəni irsi və multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də regionlararası mədəni mübadilənin gücləndirilməsidir. Tədbirdə ölkəmizin şimal regionunda fəaliyyət göstərən 20-yə yaxın müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış ediblər. Tədbir iştirakçıları həm də təşkil olunmuş xalq yaradıcılığı nümunələrinin sərgisi ilə tanış olublar.

 

 

Keçidlər