Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İnfrastruktur

Qusarın yol infrastrukturunda xeyli işlər görülmüşdür. Belə ki, son illər ərzində rayon ərazisində Həzrə-Samur, Həzrə-Zuxul, Qusar-İmamqulukənd, Qusar-Ləzə, Cibir–Həzrə–Mucuq–Sudur, Qusar-Xudat, Bakı-Rusiya Federasiyası Dövlət sərhəddi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsi, Qusar‒Xudat‒Langi‒Caqarqışlaq‒Urvaoba‒Atlıxan‒Kuzunqışlaq‒Zindanmuruqqışlaq‒Avaranqışlaq avtomobil yolları əsaslı şəkildə yenidən qurulmuşdur. Qusar şəhərinin küçələri, su-kanalizasiya sistemləri yenidən qurulduqdan sonra əsaslı şəkildə təmir olunmuş, tikinti zamanı qazılmış yolların böyük hissəsi asfaltlanmışdır. Küçələrdə səkilər quraşdırılmış, yol kənarı yeni işıqlandırma sistemləri, elektrik və rabitə xətləri quraşdırılmışdır. 

Rayon əhalisinin içməli su, kanalizasiya, elektrik enerjisi, təbii qaz və digər təlabatlarının ödənilməsi üçün sistemli şəkildə tədbirlər həyata keçirilir. 

Keçidlər