Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Dünya Xocalı soyqırımını tanımalıdır!” mövzusunda keçirilən onlayn tədbir.

25 fevral 2021 | 16:00

Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qusar rayon Gənclər və İdman idarəsi ,Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Dünya Xocalı soyqırımını tanımalıdır!” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə giriş sözü ilə Qusar rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Lamiyə Abdullayeva çıxış edərək erməni hərbi dəstələrinin Xocalı şəhərində törətdiyi genosidin bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirdi. Ermənilərin əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə cəmləşdirən Xocalını yer üzündən silmək idi. Hələ ibdidai icma quruluşu dövrundə Aşşur hökmdarı I Adadnirarinin adı yazılmış muncuğun Xocalı ərazisindən tapılması Xocalı-Gədəbəy mədəniyyətinin dünyada varlığına bir sübutu idi. Ermənilərin bu vəhşilikləri dünya mədəniyyətinə qarşı bir zorakılıq aktıdır.
Onlayn tədbirdə həmçinin Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının 3-cü kurs tələbəsi Səbuhi Ağaverdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin gənc könüllüsü Jalə Kamilova çıxış edirək ulu öndər Heydər Əliyevin Xocalı soyqırımına hüquqi qiymət verilməsindən, dünyanın əksər ölkələrinin Xocalı qətliamını tanımalarından danışdı. Onlayn tədbiri 8-ci sinif şagirdi Şahmirzəyeva Seyranə şeir parçası ilə davam etdirdi.

Keçidlər