Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ətraf mühitin mühafizəsində bələdiyyələrin fəaliyyəti artırılmalıdır.

02 iyul 2021 | 16:00

02 iyul 2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qusar rayon İcra Hakimiyyəti ilə birgə Qusar rayonu ərazisindəki bələdiyyə sədrlərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə məişət tulantılarının idarə olunmsı, yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilik və öhdəliklər barədə maarifləndirici tədbir keçirmişdir. Tədbirdə bələdiyyələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə dair qanunvericilikdə bələdiyyələrin cavabdehliyi və öhdəliyi barədə müzakirələr aparılmışdır. Müzakirələr zamanı bələdiyyə ərazilərində məişət tullantılarının ətraf mühitin tələblərinə uyğun utilizasiyası, bələdiyyə mülkiyyətində olan yaşıllaqların mühafizəsi istiqamətində fikir mübadiləsi aparılmış, bələdiyyələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi haqqında təkliflər səsləndirilmişdir.

Keçidlər