Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirilmişdir.

05 iyul 2021 | 16:00

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 saylı Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Qusar rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin təşkil edilməsi məqsədilə Qusar RİH başçısının 2021-ci il 13 aprel tarixli 18 saylı əmri ilə Qusar RİH yanında İctimai Şuraya seçkilərin təşkili üçün rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nüməyəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Qusar RİH yanında fəaliyyət göstərəcək İctimai Şuranın üzvlərinin say həddi seçki komissiyası tərəfindən 7 nəfər üzvdən ibarət tərkibdə müəyyən edilmişdir.
İctimai Şuranın üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 10 nüməyəndəsi namizəd kimi qeydə alınmışdır. İctimai Şuranın üzvlərinin seçilməsi üçün vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim olunmuş 30 nəfər təmsilçi qeydiyyata alınmışdır.
Vətəndaş cəmiyyəti institutlarının 2021-ci il iyulun 5-də keçirilmiş birgə yığıncağında vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən 29 nəfər seçici iştirak etmişdir. Qutudan çıxmış bütün bülletenlər seçki komissiyasının üzvləri tərəfindən yoxlanılmış, 29 bülleten etibarlı hesab edilmişdir. Seçkilər nəticəsində ən çox səs toplamış 7 namizəd yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini topladığına görə Azərbaycan Respublikası Kabinetinin 2014-cü il 30 may tarixli 171 saylı Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənın 3.9 bəndinə əsasən Qusar rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibinə seçilmiş hesab olunmuşdur.
Qusar rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibinə seçilmiş şəxslər:
1. Məmmədov Nadirşah Balamirzə oğlu - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Qusar rayon təşkilatı.
2. Xəlilov Sənan Qərib oğlu - Azərbaycan Respublikası Ağsaqqallar Şurası Qusar rayon təşkilatı.
3. Qaytmazov Feyruz Xanbabayeviç  - Gənclərdən ibarət təşəbbüs qrupu.
4. Pirseyidov Nasir Şair oğlu -  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon filialı.
5. Əmirbəyova Jalə Əhməd qızı -  "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi
6. Abdurahmanova Neva Sabir qızı - Qusar şəhər bələdiyyəsinin məhllə komitsi.
7. İbramxəlilov David Nurəddin oğlu - Qusar şəhəri Q.Əliyev küçəsi üzrə məhəllə komitəsi.

  

 

Keçidlər