Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Idman

16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi baş tutub
 
Avqustun 11-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi baş tutub. Avqustun 3-dən 11-dək ölkənin dörd bir yanından Qusara toplaşan 16 yaşadək istedadlı şahmatçılar doqquz gün ərzində gərgin və maraqlı mübarizə aparıblar. Olimpiadada 330-a yaxın yeniyetmə şahmatçı iştirak edib. Yarış 11 turdan ibarət olub və "İsveçrə sistemi" ilə keçirilib. İştirakçılar yaş kateqoriyalarına görə 2 qrupa bölünüblər. A qrupunda 12, 14 və 16 yaşlı, B qrupunda isə 8 və 10 yaşlı yeniyetmələr öz güclərini sınayıblar. A qrupunda I yer tutan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Bağlanış mərasimini giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov vurğulayıb ki, Qusar rayonunda ilk dəfə belə genişmiqyaslı şahmat yarışı keçirilir: "Qusar bu gün təkcə təbiəti və turizmi ilə deyil, həm də intellektual idmanın inkişafı ilə seçilən rayonlardan biridir. Bu Olimpiadada mübarizə aparan hər bir yeniyetmə bizim üçün artıq qalibdir. Çünki onlar özlərini sınadılar, yeni bilik və bacarıqlar, yeni təcrübələr qazandılar. Əminəm ki, onlar bu sahədə daha da peşəkar olaraq Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıracaqlar" – deyə icra başçısı bildirib. Sonda Sahir Məmmədxanov yarışın Qusar rayonunda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edərək bütün qalibləri təbrik edib.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov Olimpiadanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. O qeyd edib ki, regionlarda şahmatın kütləviləşdirilməsi Federasiyanın prioritet istiqamətlərindən biridir və Qusarda keçirilən bu yarış həmin strategiyanın uğurlu nümunəsidir: "Son illərdə regionlarda keçirilən yarışlar arasında belə nümunəvi təşkilatçılıq görməmişdim. Olimpiadanın yüksək səviyyədə keçirilməsində əməyi olan Qusar Rayon İcra Hakimiyyətinin başçısına, bütün könüllülərə və digər təşkilatçılara dərin minnətdarlığımı bildirirəm" - deyə Faiq Həsənov vurğulayıb.
Bağlanış mərasimi çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova Azərbaycan Şahmat Federasiyasının adından təşəkkürnamə təqdim olunub. Turnirin təşkilində fəal iştirak edən könüllülərə isə Azərbaycan Şahmat Federasiyasının sertifikatları və Qusar Rayon İcra Hakimiyyətinin adından təşəkkürnamələr təqdim edilib.
Tədbirin davamında mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq dərəcəli hakim, yarışların baş hakimi Azər İbrahimov qaliblərin adlarını elan edib. 8, 10, 12, 14 və 16 yaşlı oğlanlar və qızlar arasında, eləcə də A və B qrupları üzrə I, II və III yerlərin sahibləri diplom, medal və kuboklarla təltif olunublar. Qusar şəhərindən olan ən fəal yeniyetmə şahmatçı da mükafata layiq görülüb.
Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşıb.

Qusar rayonunda 3 iri idman qurğusu fəaliyyət göstərir.

1. Qusar Olimpiya İdman Kompleksi.
2. Şövkət Orduxanov adına mərkəzi stadion.
3. Uşaq Gənclər İdman məktəbi.

Qusar Olimpiya İdman Kompleksində idmanın taekvondo,cüdo. stolüstü tenis, üzgüçülük,boks, kikboksing ,universal döyüş və bədii gimnastika növləri ilə 600 -ə yaxın idmançı məşğul olur.
Qusar rayon Uşaq Gənclər və idman məktəbin nəzdində Cüdo, Yunan-Roma, Futbol və Voleybol idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Rayonda “Şahdağ” futbol klubu, oğlan və qızlardan ibarət Otüstü Hokkey komandaları, 15 və 17 yaşlı qızlardan ibarət 4 futbol komandası ,Yüngül Atetika və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Salavat”idman klubu fəaliyyət göstərir. Ümumilikdə Qusar rayonunda bütün idman növləri üzrə 6727 nəfər idmançı məşğul olur.
Qusar rayonunda idmana böyük maraq göstərilir. Ölkə rəhbəri cənab İlham Əliyevin qusarlı idmançılara xüsusi qayğı ilə yanaşır və 2008-ci ildə Qusar Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi bu qayğının bariz nüminəsidir. Dövlət səviyyəsində göstərilən qayğı idmançılarımızı yeni-yeni qələblərə ruhlandırır.

Qusar rayonu üzrə Respublika və Beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərmiş idmançılar:
1. Nazim Hüseyhov –Cüdo güləşi idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların qalibi, 1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya oyunlarının cempionu.
2. Kamran Məmmədov- Sambo güləşi idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların qalibi, 1990-cı ildə Venesuelada keçirilmiş Dünya Kubokun çempionu.
3. Şəkərxan Əlismanov – Yunan-Roma güləşi idman növü üzrə 10 dəfə Respublika yarışların qalibi, Beynəlxalq dərəcəli idman ustası və 2009- cu ildə Fillandiyada keçirilmiş Veteran idmançıların

Dünya çempionatında I-ci yerə layiq görülmüşdür.
4. Kamran Qəribov–Taekvondo idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların qalibi,2007-ci ildə Azərbaycan Taekvondo Federasiyisının Qərarı ilə “İlin məşqçisi” adına layiq görülüb və Avropa çempionu Fəridə Əzizovanın baş məşqçisidir.
5. Samir Sərkərov – Cüdo güləşi idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların çempionu.
6. Elnur Qazıməmmədov – Yunan- Roma güləşi idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların qalibi, 1999-cu ildə Danimarkada keçirilən Yeniyetmələrin Dünya birinciliyinin mükafatçısı.
7. Nasir Məmmədəliyev - Daşqaldırma idman növü üzrə dəfələrlə Respublika və Beynəlxalq yarışların cempionu.
8. Fəridə Əzizova- Taekvondo idman növü üzrə Avropa çempionu.
9. Qəhrəman Xələfov -Universal döyüş idman növü üzrə Avropa çempionu
10. Hacıbaba Hacıbabayev -Boks idman növü üzrə dəfələrlə Beynəlxalq yarışların qalibi
11. Fərid Mirzəbəyov -Universal döyüş idman növü üzrə Beynəlxalq turnirin çempionu.
12. Ravid Mirzəbəyov -Universal döyüş idman növü üzrə Beynəlxalq turnirin çempionu.
13. Samir Adilov -Kikboksing idman növü üzrə Açıq Bakı birinciliyinin çempionu
14. Vadim Qiyasov -Kikboksing idman növü üzrə 1 Azərbaycan Kubokun çempionu
15. Amid Ramazanov -Kikboksing idman növü üzrə Açiq Bakı birinciliyinin çempionu
16. Zaur Şixəliyev -Kikboksing idman növü üzrə Açıq Bakı birinciliyinin çempionu.
17. Vadim Mehrəliyev -Kikboksing idman növü üzrə Açıq Bakı birinciliyinin çempionu.
18. Aleks Əlimuradov -Universal döyüş idman növü üzrə Avropa çempionatının mükafatçısı
19. Rafik Ağababayev -Qol güləşi üzrə dəfələrlə Beynəlxalq və Respublika yarışların qalibi
20. Elbrus Zamanov –Cüdo güləşi üzrə dəfələrlə Beynəlxalq və Respublika yarışların qalibi
21. Raul Qazixanov -Cüdo güləşi üzrə dəfələrlə Beynəlxalq və Respublika yarışların mükafatçısı

Rəşad Mədətov -Atletika üzrə dəfələrlə Beynəlxalq və Respublika yarışların qalibi.
 

Keçidlər