Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra hakimiyyətinin başçısı


Məmmədxanov Sahir Polad oğlu 05 noyabr 1959-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. 1967-1977-ci illərdə İsmayıllı rayonunun Qubaxəlilli kənd orta məktəbində təhsil almış, orta təhsili başa vurduqdan sonra 1 il “Sovet Azərbaycan 40 illiyi” adına sovxozunda çilingər işləmişdir. 1978-1980-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1981-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olmuş, 1985-ci ildə həmin universiteti bitirmişdir. 1985-ci ildən 1993-cü ilə qədər Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənayə Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş vəzifəsinə işə götürülmüş, 1999-cu ilə qədər müfəttiş, şöbə rəisi, 1999-2001-ci illərdə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha  sonra Baş idarəsinin rəisi, 2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır. 2009-cu ilin mart ayından 2020-ci ilin may ayınadək Vergilər Nazirinin müavini və Vergilər Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. 2020-ci ilin may ayından 2024-cü ilin iyul ayınadək İqtisadiyyat Nazirinin müşaviri vəzifəsində çalışmışdır.

Ailəlidir, iki övladı var.

Keçidlər