Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar RİH başçısının əmri

Qusar rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilərin keçirilməsi üçün seçki komissiyasının yaradılması haqqında


Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 89 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə”nin tələblərini nəzərə alaraq əmr edirəm:

1. Qusar rayon İcra Hakimiyyəti yanında ictimai şura üzvlüyünə seçkilərin təşkili məqsədilə aşağıdakı tərkibdə ictimai şuranın seçki komissiyası yaradılsın:

Komissiyanın sədri:

- Elman Mustafayev -RİH başçısının müavini, İctimai-siyasi və humanitar
  məsələlər şöbəsinin müdiri

Komissiyanın üzvləri:

- Telman Kazımov   -RİHB Aparatı Hüquq şöbəsinin müdiri
- Ceyhun Hacıyev   -RİHB Aparatı, İctimai-siyasi və humanitar məsələlər
  şöbəsinin müdir müavini-dini qurumlarla işin
təşkilatçısı
- Əliyulla Nəcərov  -RİHB Aparatı Hüquq şöbəsinin məsləhətçisi
- Vahid Mehdixanov -Rayon Ağsaqqallar Şurasının sədri
- Cənali Hörmətov  -QMƏVŞA İB Qusar rayon təşkilatının sədri
- Kamilə Nəcəfova  -Qusarda Qadınların ictimai və sosial inkişafına dəstək
  ictimai birliyinin sədri
- Vidadi Sevzixanov -“Qusar” qəzetinin baş redaktoru
- Natalya Sırışova  -Qusar rayon Rus icmasının sədri

2. Komissiyaya tapşırılsın ki, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai şuraya seçkilərin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Keçidlər