İcra Hakimiyyəti
Sərəncamlar
Azərbaycan Respublikası
Qusar rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 79 20 dekabr 2024-cü il
Qusar Rayon İcra Hakimiyyəti yanında yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotunun aparılması üçün daimi fəaliyyət göstərən komissiyanın tərkibində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə uyğun olaraq Qusar Rayon İcra Hakimiyyəti yanında yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotunun aparılması məqsədilə 29 iyul 2024-cü il tarixli, 30 nömrəli sərəncam ilə Mənzil Komissiyası yenidən təşkil edilmişdir.
Bununla belə ötən dövr ərzində baş vermiş kadr dəyişikliklərinə uyğun olaraq mənzil komissiyasının tərkibində müvafiq dəyişikliklərin aparılması zərurəti yaranmışdır.
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən qərara alıram:
1.Rayon İcra Hakimiyyəti başçısının yanında yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotunun aparılması üçün daimi fəaliyyət göstərən Mənzil Komisiyyasının tərkibi aşağıdakı tərkibdə təsdiq edilsin:
Komissiyanın sədri:
- RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Komissiyanın katibi:
- RİHB Aparatında Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri
Komissiyanın üzvləri:
- RİHB Aparatının Hüquq şöbəsinin müdiri
- RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri
- RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- RİHB Aparatında Sənədlərlə və Vətəndaşların Müraciətləri üzrə iş şöbəsinin müdiri
- RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı
- RİHB-nın Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi
- Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz Regional Filialının Qusar rayon qəbul şöbəsinin müdiri
- Qusar şəhər Mənzil İstismarı Müəssisəsinin rəisi
- Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri
2.Komissiyaya tapşırılsın ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotunun aparılmasını mənzil qanunvericiliyinin tələblərinə riayət etməklə müvafiq sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təmin etsin.
3.Sərəncamın icrasına nəzarət RİH yanında fəaliyyət göstərən Mənzil Komisiyyasının sədrinə həvalə edilsin.
Sahir Məmmədxanov
Azərbaycan Respublikası
Qusar rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 78 19 dekabr 2024-cü il
Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında
Uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər üzərində qəyyum və himayəçi, sağlamlıq imkanları məhdud və əlil şəxslərin üzərində patronaj təyin etmək, habelə qanunvericiliklə Qəyyəmluq və Himayəçilik orqanına aid edilmiş səlahiyyətlərin icrası məqsədi ilə Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Rayon İcra Hakimiyyəti Başçısının 24 iyul 2019-cu il tarixli 43 saylı sərəncamı ilə rayon İcra Hakimiyyətində Qəyyumluq və Himayəçilik Komissiyası yaradılmışdır. Ötən müddət ərzində komissiyanın tərkibinə daxil olan bəzi üzvlərinin iş yerinin dəyişməsi ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasının tərkibinin yenidən təsdiq edilməsi zərurəti yaranmışdır.
Yuxarıdakıları və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 bəndini rəhbər tutaraq qərara alıram:
I.Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının tərkibi aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri:
- Nəcərov Əliyulla Elbrus oğlu - RİHB Aparatının Hüquq şöbəsinin müdiri
Komissiyanın katibi:
- Sədullayev Kamran Elman oğlu - RİH yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqların Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu
Komissiyanın üzvləri:
- Qliçova Kəmalə Ağasi qızı - RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
- Abuyev Yüzbəy Şimal oğlu - Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi
- Mustafayev Murad Elvan oğlu - DSMF publik huquqi şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialının Qusar rayon qəbul şöbəsinin müdiri
6.Ağacanov Əjdər Məclum oğlu - Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini, baş həkimi
- Məmmədova Fatimə Yavər qızı - Qusar şəhər 4 saylı tam orta məktəbinin psixoloqu
II.RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinə tapşırılsın ki, sərəncamın surətinin müvafiq idarə və təşkilatlara göndərilməsini təmin etsin.
III. Sərəncamın icrasına nəzarət Rayon Qəyyumluq və Himayəçilik Komissiyasının sədrinə tapşırılsın.
Sahir Məmmədxanov
Azərbaycan Respublikası
Qusar rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 67 09 dekabr 2024-cü il
Vətəndaşların müraciət, şikayət və təkliflərinə operativ şəkildə baxılması və həlli məqsədilə Qusar rayon İcra Hakimiyyətində “Qaynar xətt”in yaradılması haqqında
Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması rayon İcra Hakimiyətinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən vətəndaş qəbulları və yerlərdə təşkil olunan səyyar görüşlər əhali tərəfindən qaldırılan məsələlərin bir çoxunun yerindəcə həllinə, vətəndaşların müraciət, şikayət və təkliflərinin araşdırılmasına, məsələlərə qanuni münasibətin bildirilməsinə şərait yaratmaqla bərabər ictimai etimadın artırılmasına da öz müsbət təsirini göstərir. Bununla belə rayon əhalisinin aidiyyəti məsələlərə dair şikayət, təklif və iradlarının bildirilməsi, müraciətlərə operativ şəkildə baxılması, mövcud problemlərin qısa müddət ərzində həlli, rayonda fəaliyyət göstərən xidmət təşkilatları ilə vətəndaşlar arasındakı münasibətlərin inkişafı, vətəndaşlara qarşı daha çox diqqət və qayğı ilə yanaşılması baxımından rayon İcra Hakimiyyəti tərəfindən “Qaynar xətt” xidmətinin yaradılması məqsədəuyğun hesab edilmişdir. “Qaynar xətt”in yaradılması vətəndaş qəbullarında və səyyar görüşlərdə əhali tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyətini əhatə edən elektrik, qaz, su, yol infrastrukturu, şəhər təsərrüfatı və kommunal xidmətlərin, eləcə də əhalini narahat edən məsələlərin tez və operativ şəkildə həllinə xidmət edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq qərara alıram:
- Rayonda vətəndaş məmnunluğunun artırılması, vətəndaşların müraciət, şikayət və təkliflərinə operativ şəkildə baxılması və həlli məqsədilə rayon İcra Hakimiyyətində “Qaynar xətt” yaradılsın və (02338)5-29-18 telefon nömrəsi qaynar xətt nömrəsi olaraq müəyyən edilsin.
- RİH Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə tapşırılsın ki, “Qaynar xətt”in telefon nömrəsinə daxil olmuş müraciətlər qeydiyyata alınsın və RİH Başçısı Aparatının müvafiq şöbələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə çatdırılsın.
- “Qaynar xətt”in telefon nömrəsinə daxil olan müraciətlərin araşdırılması, zəruri tədbirlərin görülməsi və operativ şəkildə cavablandırılması RİH Başçısı Aparatının müvafiq şöbələri tərəfindən təmin edilsin.
- RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərlərinə tapşırılsın və bələdiyyə sədrlərinə tövsiyə olunsun ki, rayon İcra Hakimiyyəti tərəfindən yaradılan “Qaynar xətt”ə daxil olmuş və qeydiyyata alınmış müraciətlərin həlli üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.
- RİH Başçısı Aparatının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinə tapşırılsın ki, sərəncamın RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və aidiyyəti qurumların rəhbərlərinə çatdırılmasını təmin etsin.
- Sərəncamın icrasına nəzarət RİH başçısının birinci müavini Şahid Fərəməzova tapşırılsın.
Sahir Məmmədxanov
Azərbaycan Respublikası
Qusar rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 42 10 sentyabr 2024-cü il
Qusar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında.
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq RİH Başçısının 05 avqust 2024-cü il tarixli 32 saylı sərəncamı ilə RİHBaşçısı yanında Şuranın tərkibi təsdiq edilmişdir. Keçən müddət ərzində Şuranın bəzi üzvlərinin iş yerləri dəyişmişdir. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın tərkibinin yenidən təsdiq edilməsi zərurəti yaranmışdır.
Yuxarıdakıları nəzərə alaraq qərara alıram:
- Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın yeni tərkibi aşağıdakı kimi təsdiq edilsin.
Sədr:
Qusar rayon İcra Hakimiyyətinin Başçısı
Üzvləri:
- Qusar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini
- Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
- Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
- Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini
- Qusar rayon Polis şöbəsinin rəisi
- Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri
- Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə Təhsil sektorunun müdiri
- Qusar rayonu üzrə Maliyyə İdarəsinin rəisi
- Qusar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
- Rayon Ağsaqqallar Şurasının sədri
- Qusar Bələdiyyəsinin Sədri
- RİH Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
- OKİ Hospitalının direktoru
Sahir Məmmədxanov
Azərbaycan Respublikası
Qusar rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 17 17 mart 2020-ci il
Rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi məqsədilə Operativ Qərargahın yaradılması haqqında
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi qəbul edilən koronavirus xəstəliyinin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq COVİD-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmiş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunan qərarların icrası məqsədilə Nazirlər Kabineti Yanında Operativ Qəragah tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilmiş 16 mart 2020-ci il tarixli 1/384 saylı məktubunu əsas tutaraq qərara alıram:
1. Koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyətinin Başçısı yanında aidiyyəti yerli dövlət qurumlarının rəhbərlərindən ibarət aşağıdakı tərkibdə qərargah yaradılsın:
Qərargahın sədri:
1. Ş.Fərəməzov -Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini
Qərargahın üzvləri:
2. E.Mustafayev -RİH başçısının müavini, İctimai-siyasi və
Humanitar Məsələlər şöbəsinin müdiri
3. Z.Eldarova -RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
4. Ş.Saruxanov -RİHB Apaartının Memarlıq və Tikinti şöbəsinin
müdiri
5. Ə.Balabəyov -RİHB Aparatının Ərazi İdarəetmə və
Yerli Özünüidarəetmə Orqanları ilə İş
şöbəsinin müdiri
6. T.Kazımov -RİHB Aparatının Hüquq şöbəsinin müdiri
7. M.Əhmədov -Qusar rayon Prokuroru
8. Ş.Talıbov -Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon
şöbəsinin rəisi
9. Z.Əliyev -Qusar rayon Polis şöbəsinin rəisi
10. N.Zeynalov -Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz
Regional Bölməsinin rəisi
11. M.Zeynalov -Qusar rayon Mərkəzi Xəstəxanası Publik
Hüquqi Şəxsin direktoru
12. N.Şirinov -Qusar rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin direktoru
13. Y.Abuyev -Rayon Təhsil şöbəsinin müdiri əvəzi
14. D.İbramxəlilov -Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar
rayonu üzrə nümayəndəsi
15. E.Əmirmətov -Rayon Gənclər və İdman İdarəsinin rəisi
16. E.Əlimuradov -KTN-nin Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru
17. V.Seyidov -Regional Qaz İstismarı İdarəsinin Qusar
Xidmət Sahəsi üzrə rəisi
18. F.Pirmətov -Qusar rayon Telekommunikasiya Qovşağının
rəisi
19. Ə.Mərdanov -Qusar Elektrik Şəbəkəsinin rəisi
20. R.Məmmədov -Qusar Su-kanalı Sahəsinin rəisi
21. A.Aşurov -Qusar rayon Statistika İdarəsinin rəisi
2. Zəruri hallarda şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə rayon İcra Hakimiyyəti başçısının nümayəndələri və bələdiyyə sədrləri Operativ Qərargahın işinə cəlb edilsin.
3. Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə edilsin ki, iclasların, müşavirələrin və toplantıların telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tədbiq edilsin.
4. İdarə, müəssisələrdən və təşkilatlarda virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görülsün, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilsin, dezinfeksiya işləri aparılsın və inzibati binaların dəhlizlərində antiseptik vasitələrin qoyulması təmin edilsin.
5. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin.
6. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə Dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin.
7. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın.
8. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinin elektron və telefon rabitəsi vasitəsi ilə həyata keçirilməsi üçün mail@qusar-ih.gov.az elektron, 38-5-30-58 və 38-5-26-80 telefon əlaqə nömrələri müəyyən edilsin.
9. Vətəndaş müraciətlərinin elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Hüquq şöbəsinin müdiri Kazımov Telman Babacan oğlu, Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin müdiri Fərzəliyeva Mehri İkram qızı və İnformasiya Təminatı və Təhlili sektorun müdiri Xəlilov İlham Caiz oğlu məsul əməkdaşlar qismində müəyyən edilsin.
10. Rayon ərazisində yerləşən uşaq bağçalarında, ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində və insanların kütləvi yığışdığı yerlərdə müvafiq tədbirlərin görülməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması təmin edilsin.
11. RİH Başçısı Aparatının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin müdiri M.Fərzəliyevaya tapşırılsın ki, sərəncamın “Qusar” qəzetində dərc edilməsi və aidiyyatı qurumların rəhbərlərinə çatdırılmasını təmin etsin.
12. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
RİH başçısı vəzifəsini müvəqqəti icra edən,
RİH başçısının birinci müavini: Şahid Fərəməzov