Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təhsil

Qusar rayonunda 48 tam orta, 20 ümumi orta və 18 ibtidai olmaqla 86 ümumtəhsil məktəbi, 4 məktəbdən kənar, 13 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində 14628 şagird təhsil alır.

2005-2007-ci illər ərzində Qusar rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi şagird tutumu 1740 olan 7 məktəb binası inşa olunaraq istifadəyə verilmişdir. Bunlar 400 şagird yerlik Yuxarı Zeyxur, hər biri 240 şagird yerlik Köhnə Xudat, Xuray, İmamqulukənd, Balaqusar, 200 şagird yelik Gündüzqala və 180 şagird yerlik Yuxarı Ləyərkənd məktəbləridir.

2003-2018-ci illərdə 67 məktəbdə təmir-tikinti işləri aparılmış, o cümlədən  53 məktəb binası inşa, 5-i əsaslı təmir edilmiş, 9 modul tipli məktəb (Nəcəfkənd, Qılahoba, Avaranqışlaq, Suduroba, Üzdənoba, Zuxul, Ləcət, Zindanmuruqqışlaq, Yeni Həyat kənd məktəbləri) quraşdırılmış . Hazırda daha 3 ədəd modul tipli məktəbin (Ləzə, Cağar və Yasaboba kənd məktəbləri) quraşdırılmasına başlanmışdır.

Keçidlər