Rayon haqqında
Səhiyyə
Qusar rayonunda 3 xəstəxana müəssisəsi, 19 həkim məntəqəsi, 38 tibb məntəqəsi 61 tibb müəssisəsi fəaliyyət göstərir. Rayonda tibbi müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi məqsədilə Mərkəzi rayon Xəstəxanası və Şirvanovka kənd həkim ambulatoriyası üçün yeni binalar inşa olunmuşdur. Rayon ərazisində 119 həkim və 406 orta tibb işçisi çalışır.(01.01.2017-ci il tarixə). Eləcədə Qusar şəhərində 1 özəl "OKİ" tibb klinikası fəaliyyət göstərir.