Rayon haqqında
Təhsil
Qusar rayonunda 48 tam orta, 17 ümumi orta və 17 ibtidai olmaqla 82 ümumtəhsil məktəbi, 4 məktəbdən kənar, 13 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində 14-15 min şagird təhsil alır.
Qusar rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi şagird tutumu 1740 olan 7 məktəb binası inşa olunaraq istifadəyə verilmişdir. Bunlar 400 şagird yerlik Yuxarı Zeyxur, hər biri 240 şagird yerlik Köhnə Xudat, Xuray, İmamqulukənd, Balaqusar, 200 şagird yelik Gündüzqala və 180 şagird yerlik Yuxarı Ləyərkənd məktəbləridir.
82 ümumtəhsil müəssisəsindən 63-də təmir-tikinti işləri aparılmış, o cümlədən 42 məktəb binası inşa, 4-ü əsaslı təmir edilmiş, 17 modul tipli məktəb (Nəcəfkənd, Qılahoba, Avaranqışlaq, Suduroba, Üzdənoba, Qənərçay, Zuxul, Ləcət, Zindanmuruqqışlaq, Yeni Həyat, Langi, Qullar, Torpaqkörpü, Ləzə, Cağar, Yasaboba və D.Şahbazov adına Hil kənd məktəbləri) quraşdırılmışdır. Hazırda 260 şagird yerlik Cibir və 220 şagird yerlik Kuzunqışlaq kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilir.